YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Azərbaycanda seçkilərin keçirilməsi məsələsində kifayət qədər nailiyyətlər əldə edilib

«Azərbaycanda  seçkilərin keçirilməsi məsələsində kifayət qədər nailiyyətlər əldə edilib». Bu fikr i Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, ölkəmizdə növbəti parlament seçkilərinin uğurla keçirilməsi üçün bütün şərait mövcuddur. Onun sözlərinə görə, ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var.

«Amma xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb. Burada milyonlarala insan səs verir. Burada xoşagəlməz halların olması təbii haldır. Ancaq seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin. Seçkilərə aidiyyatı olan bütün qurumlar, o cümlədən, yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir»- deyə, MSK sədri vurğulayıb.