YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Oqtay Əsədov: Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanı böyük humanist addımdır

«Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanı böyük humanist addımdır. Dövlət başçısı tərəfindən indiyə qədər imzalanmış əfv fərmanları 5 min nəfəri əhatə edib». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, indiyə qədər Milli Məclis 8 amnistiya aktı qəbul edib. Onun sözlərinə görə, bu amnistiya aktları ümumilikdə 27 min insana şamil olunub.

«Bu dövlətimizin həyata keçirdiyi humanizm siyasətinin göstəricisidir. Amma hər il amnistiya aktı qəbul etmək də mümkün deyil. Buna baxmayaraq dövlətimizin bu yöndəki siyasəti ardıcıl xarakter daşıyır»- deyə, spiker vurğulayıb.

 

 

DİGƏR xəbərlər Arxiv