YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatında mükafatlandırma mərasimi keçirilib

30 may 2014-cü il tarixdə YAP Gəncə şəhər təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin yekunu və mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq iştirakçıları salamladı və bildirdi ki, bu tədbir çox əlamətdar bir dövrdə keçirilir. Bütün gəncəlilər xalqımıza xoşbəxtlik, firavan həyat, əmin-amanlıq bəxş edən ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş möhtəşəm tədbirlərin qürurlu və sevincli təəssüratları içərisindədir. İki gün bundan əvvəl isə 28 May-Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının 96 illiyini yüksək təntənə ilə qeyd etdik. Bu tarixi hadisələri xalqımız, eləcə də ulu öndərin müdrik siyasi kursuna həmişə  sadiq olan, qədirbilən gəncəlilər görkəmli nailiyyətlərlə, həyatımızın bütün sahələrində sürətli inkişaf və tərəqqidən doğan fərəh hissi ilə qarşıladılar.

Sonra mükafatlandırma mərasiminə başlandı. Öncə  8 komandanın cəlb olunduğu, olimpiya sisteminə uyğun olaraq, keçirilən şahmat turnirinin qalibləri -  Azərbaycan Dövlət Aqrar Universitetinin komandası və Universitetin rektoru , professor İbrahim Cəfərov, yarışda ikinci yeri tutan  Azərbaycan Texnologiya Universitetinin komandası və Universitetin prorektoru Məntiq Cəfərov dəvət olundular.

“Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışının qalibi Gəncə Dövlət Universitetinin komanda üzvləri olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin komandası isə ikinci yerin sahibi olub.

Futzal turnirində Gəncə Humanitar Kollecin və Azərbaycan Texnologiya Universitetinin komandaları birinci və ikinci yeri paylaşıblar.

Şahmat və Futzal yarışlarının qaliblərinə kubok, medallar, Fəxri fərmanlar, qiymətli hədiyyələr verildi.

“Heydər Əliyev irisini öyrənirik” adlı bilik yarışının qalibi olan Gəncə Dövlət Universitetinin  komandasına kubok, Fəxri fərmanlar, hədiyyələr verilməklə, YAP Gəncə şəhər Təşkilatının Keçici bayrağı təntənəli şəkildə təqdim olundu.

Qeyd edək ki, Keçici bayraq ötən il bilik yarışının qalibi olan Humanitar Kollecin komandasına verilmişdir.

Tədbirdə AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev,  ADAU –nun rektoru, professor İbrahim Cəfərov, AzTU-nun prorektoru Məntiq Cəfərov, GDU –nun rektoru, professor Yusif Yusifov, Gəncə Humanitar Kollecin direktor müavini Təranə Məmmədova çıxış edərək, gənclərə hərtərəfli diqqət və qayğı göstərdiyinə, geniş imkanlar yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, tələbə və gənclərin inkişafına, onların daim irəli getməsinə  daim dəstək olduğuna görə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə  dərin minnətdarlıq bildirdilər, yarışlarda uğur qazanan fəal gəncləri təbrik etdilər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan silsilə tədbirlərin işıqlandırılmasında və YAP Gəncə şəhərinin fəaliyyətində yaxından iştirak edən media işçilərindən bir qrupuna YAP Gəncə şəhər təşkilatının qərarı ilə Fəxri Fərmanlar təqdim olundu.

DİGƏR Partiya xəbərləri Arxiv