Xəbərlər
Elmir Vəlizadə: Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində böyük nailiyyətlər qazanıb

«Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir». Bu fikri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadə bildirib ki, Azərbaycan bu gün informasiya texnologiyalarının inkişafı sahəsində böyük nailiyyətlər qazanıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti informasiya-kommunikasiya texnologiyalarını prioritet sahə elan edib.
«Bu sektorun daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Ölkədə əlverişli biznes mühiti mövcuddur, xarici şirkətlərə investisiya yatırmaq üçün geniş imkanlar yaradılıb. Ümumiyyətlə, Azərbaycanın İKT sahəsi üzrə böyük potensialı var»- deyə, nazir müavini vurğulayıb.