YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin yeddi ayında ölkəmizdə dəmir yolu nəqliyyatı ilə 1974 min tondan çox ixrac yükü daşınıb

2015-ci ilin yanvar-iyul aylarında ölkəmizdə yük daşınmasında ümumi ixracın həcmi 16 milyon 698 min 540,51 ton olub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ümumi ixracın 39 min 865,78 tonu dəniz nəqliyyatının, 1 milyon 974 min 824,87 tonu dəmir yolu nəqliyyatının, 304 min 228,24 tonu avtomobil nəqliyyatının payına düşür. Hava nəqliyyatı üzrə 1045,88 ton, stasionar nəqletmə vasitələri üzrə 14 milyon 378 min 203,71 ton, özü hərəkət edən vasitələr üzrə isə 372,04 ton yük ixrac olunub.