YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Azərbaycan demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində götürdüyü öhdəliklərə sadiqdir

«Son vaxtlar Azərbaycanın, o cümlədən Milli Məclisin  həyatında vacib hadisələr baş verir. Belə ki, parlamentdə AŞPA-nın Büro iclası keçirildi. Avropa Şurası ilə Azərbaycan arasında gələcək üçün fəaliyyət planı təsdiqləndi». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bütün bunlar bir daha Azərbaycanın demokratiya, insan hüquqları, qanunun aliliyi  sahəsində götürdüyü öhdəliklərə sadiq olduğunu göstərir. Onun sözlərinə görə, ölkəmiz bu sahələrdə bir çox irəliləyişlər əldə edib.

«Azərbaycan İnsan haqları Konvensiyasına qoşulub, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasındadır. Biz Avropa Şurasının bir çox üzvlərindən əvvəl Avropa Məhkəməsində işlərə sürətlə baxılmasını təsdiqləyən protokolları təsdiq etmişik. Azərbaycan cəmiyyətinin böyük qismini məhkəmə qərarları narahat etmir. Cəmiyyəti o narahat edir ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün bəzi  siyasi personalar orda iştirak edib, «Nida»çı gənclər qeyri-qanuni hərəkətlərə yol veriblər. Onların hərəkətləri hansısa insan hüquqları, sosial məsələ yox, kənardan xarici qüvvələrin müdaxiləsi nəticəsində baş verib. Hesab edirəm ki, indiki mərhələdə biz Azərbaycan məhkəmələrinin qərarlarına hörmətlə yanaşmalıyıq. Məsələlər yalnız hüquqi çərçivədə müzakirə oluna bilər. Məhkəmə qərarları qüvvəyə minməmiş onun haqqında bəyanatlar verilməməlidir. Bütün hüquqi mexanizmlərdən hər bir vətəndaş istifadə edə bilər»- deyə, komitə sədri vurğulayıb.