YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Ulu Öndərin 101 illiyinə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı, Qusar Rayon İcra Hakimiyyəti, Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını itirmiş şəhidlərin xatirəsinə həsr edilmiş guşələrinin önünə gül dəstələri düzülüb.

Qusar Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyev, RİH başçısının müavini Zoya Eldarova, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə danışıb. Vurğulanıb ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.

Tədbirdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş partiya veteranı Əliyulla Ağalarov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Lalə Kərimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, onun fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından bəhs ediblər.

Sonda Ulu Öndər Heydər Əliyevə xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv