YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrin inkişafında yeni yüksəlişlərə nail olunacaq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından yeni mərhələnin əsasını qoymuş oldu. Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması hər iki ölkə arasında əlaqələrin yüksələn xəttlə inkişaf edəcəyinin başlıca göstəricisidir.

Dövlət başçılarının mətbuata birgə bəyanatı zamanı Baş nazir Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev haqqında olduqca maraqlı və önəmli fikirlər səsləndirdi. Robert Fitso qeyd etdi ki, Prezident İlham Əliyev suveren xarici siyasəti, beynəlxalq hüququn müdafiəsini və praqmatikliyi öz yüksək liderliyində birləşdirən şəxsiyyətdir. Prezident İlham Əliyevin qlobal liderliyi dünyada haqsızlığa, ədalətsizliyə məruz qalan ölkələr üçün böyük ümid mənbəyidir. Avropa İttifaqına üzv olan dövlətin rəhbərindən Prezident İlham Əliyev haqqında bu cür yüksək təəssüratları eşitmək olduqca qürurvericidir.

Slovakiya lideri eyni zamanda təmsil etdiyi Avropa İttifaqının digər ölkələrə təlimat vermək yanaşmasına toxunaraq bunun qəbuledilməzliyini vurğuladı və Azərbaycana qarşı ədalətsiz mövqeyə son qoymaq üçün ölkəsinin körpü rolunu oynamağa hazır olduğunu diqqətə çatdırdı.

Heç şübhəsiz ki, yaxın gələcəkdə Slovakiya Azərbaycanın təbii qaz ixrac etdiyi 9-cu ölkə olacaq və iqtisadi əlaqələrin inkişafında yeni yüksəlişlərə nail olunacaq. Hər iki ölkənin suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunması bunu şərtləndirən əsas faktordur.

DİGƏR Xəbərlər Arxiv