YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda diaspor təşkilatlarının sıraları genişlənir

 

Niderlandda diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub. Benelüks Azərbaycanlıları Konqresindən verilən məlumata görə, yeni diaspor təşkilatları - Brabant Əyaləti Azərbaycanlılarının Məclisi və Şimali Hollandiya Azərbaycanlılarının İttifaqıdır.

Qeyd edək ki, hər iki təşkilat BAK - a, Beneluks Azərbaycanlıları Konqresinə bağlı fəaliyyət göstərəcək.

13 aprel 2014 - cü ildə Niderlandın böyük şəhərlərindən birində, Rotterdamda BAK - ın təşkilatçılığı ilə yeni yaradılmış təşkilatların təqdimat mərasimi olub.

Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin birinci katibi Elxan Ələsgərov, Qazaxıstan və digər diaspor təşkilatlarının nümayəndələri çıxış edərək öz təbriklərini çatdırıbar.

Tədbirdə "Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Həşimov və Azərbaycanı təmsil edən digər təşkilat və rəhbərləri iştirak ediblər. Tədbirin aparıcısı BAK idarə heyətinin üzvü Xatirə Abdullazadə olub.