YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada az saflaşdırılmış ilk uran bankı Qazaxıstanda yaradılacaq

Dünyada az saflaşdırılmış ilk uran bankı (ASUB) Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbərliyi ilə Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yaradılacaq. ASUB avqustun 27-də bu barədə sazişin Astanada yüksək səviyyədə imzalanması mərasimi çərçivəsində rəsmən işə salınacaq.

Qazaxıstanın nüvə materialları və onların təchizatı ilə mülki davranış sahəsində 60 ildən çox təsdiq olunmuş təcrübəsi var. Bankın fəaliyyəti ölkənin normativ- hüquqi tələbləri ilə tənzimlənsə də, idarəçiliyi və rəhbərliyi bütünlüklə BAEA tərəfindən həyata keçiriləcək. BAEA-nın Müdirlər Şurası bu ilin iyununda Qazaxıstan Respublikası hökuməti ilə az saflaşdırılmış uran bankının yaradılması barədə sazişi bəyənib.

ASUB layihəsi atom enerjisindən dinc məqsədlərlə istifadə edən ölkələrə kommersiya bazarlarında alınması mümkün olmayan az saflaşdırılmış uran ehtiyatlarından istifadə etmək imkanı yaratmaq üçün hazırlanıb. Bu layihə BAEA-nın üzvü olan dövlətlərin hətta başqa təchizat mexanizmlərindən imtina edildiyi halda etibarlı və mənşəyi məlum olan yanacaq təchizatı mənbəyinə zəmanətlə təmin olunması üçün düşünülüb. Bankın yaradılması nüvə silahının yayılmaması məqsədlərinin dəstəklənməsi istiqamətində atılan mühüm addımdır.