Xəbərlər
Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/2840a8ae8aa6ba23f521bdce0c41f5a3.jpg&w=360)
Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
Bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə səsləndirib.
Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir”.