YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Finiks şəhərində 28 may “Azərbaycan Respublikası Günü” elan edilmişdir

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks şəhərinin merinin imzaladığı bəyannamə ilə 28 may 2014-cü il tarixi Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edilmişdir. Bəyannamədə şəhər meri Qreq Stənton Finiks şəhərində yüzlərlə azərbaycanlının yaşadığını və bu şəhəri ziyarət etdiyini bildirərək, onların şəhərin həyatına öz yaradıcılıq ruhu və gərgin əməyi ilə qiymətli töhfələr verdiklərini qeyd edir. O, Azərbaycan xalqı ilə Arizona əhalisi arasında münasibətlərin getdikcə gücləndiyini vurğulayaraq, bu münasibətlərin dostluğa, qarşılıqlı əməkdaşlığa və hörmətə əsaslandığını diqqətə çatdırır. Mer bu baxımdan mədəniyyət və təhsil mübadilələrinin faydalı olduğunu bildirir. Bəyannamədə Azərbaycan xalqı ilə Finiks sakinləri arasındakı dostluğun bundan sonra da inkişaf edəcəyi qeyd olunur.

28 may 2014-cü il tarixini Finiks şəhərində “Azərbaycan Respublikası Günü” elan edən mer bütün şəhər sakinlərini bu günü və Azərbaycan ilə ABŞ arasındakı dostluğu qeyd etməyə çağırır.

Xatırladaq ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun səlahiyyət dairəsinə daxil olan Kaliforniya ştatının Monterey və Havay ştatının Honolulu şəhərləri, eləcə də Nyu-Meksiko ştatı bu il 28 mayı “Azərbaycan Milli Günü” elan etmişlər.

Qeyd edək ki, 1,5 milyon insanın yaşadığı Finiks şəhəri Arizona ştatının ən böyük, ABŞ-ın isə 6-cı ən böyük şəhəridir.