YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Heydər Əliyev irsinin öyrənilməsi daim diqqət mərkəzindədir

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin öyrənilməsi: Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü” adlı tədbir keçirilib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən tədbirdən öncə gənc rəssamların Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Naxçıvan Muxtar Respublikası təşkilatı sədrinin müavini-Aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi qısa vaxtda həyata keçirdiyi möhtəşəm işlərlə müstəqilliyimizin təməl daşlarını qoyub. Ümummilli Lider Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib.

Tədbir “Ulu Öndər irsi gələcək nəsil üçün yol xəritəsi” və “Azərbaycanın ictimai-siyasi proseslərində gənclərin iştiraki” mövzularında panel iclası ilə davam edib.

YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın moderatorluq etdiyi iclasda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynova, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbəsi, Heydər Əliyev təqaüdünə layiq görülən Nilgül Qənbərli çıxış ediblər. Vurğulanıb ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Partiya xəbərləri Arxiv