YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycan parlament seçkilərini ən yüksək səviyyədə keçirməklə dünyaya nümunə göstərməlidir

«Azərbaycan parlament seçkilərini ən yüksək səviyyədə keçirməklə dünyaya nümunə göstərməlidir». Bu fikri  Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bütün seçki komissiyalarının üzvləri, o cümlədən də dairə seçki komissiyalarının sədrləri seçki hüququnu, norma və prinsipləri dərindən mənimsəməlidirlər. Onun sözlərinə görə, bu, olduqca vacibdir.

«Qətiyyən heç kim arxayınlıq nümayiş etdirməməlidir. Hər gün bu məsələyə diqqət yetirilməlidir. Seçki Məcəlləsinin tələblərini elə mənimsəməliyik ki, seçkilər zamanı heç bir problem yaranmasın»- deyə, Z.Əsgərov vurğulayıb.