YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Azərbaycan ilə qaz ixracında da əməkdaşlıq edəcək

İran öz təbii qazını “Cənub” dəhlizi ilə ixrac etmək istəyir. Biz bu məsələdə Azərbaycan ilə əməkdaşlıq edəcəyik.

Bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, İran kifayət qədər qaz hasil edir və bunu Asiya bazarları ilə yanaşı Avropa bazarlarına da çıxarmaq niyyətindədir. Bu niyyətin reallaşması üçün “Cənub” qaz dəhlizindən yararlanmaq məqsədilə Azərbaycanla danışıqları davam etdiririk.

Mahmud Vaezi qeyd edib ki, Azərbaycan ilə İranın neft-qaz sahəsindəki əməkdaşlığı yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikasının qazla təmin olunmasında İranın iştirakı buna sübutdur.