YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robin Niblet: “Chatham House” Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır

Böyük Britaniyanın “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” kimi təqdim edən Bako Saakyanın bu il iyulun əvvəlində həmin qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.

R.Niblet məktubda bəyan edib ki, “Chatham House” un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması və ya dəstəklənməsi demək deyildir. “Chatham House” Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.