YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması İran üçün çox əhəmiyyətli məsələdir

Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması İran üçün çox əhəmiyyətli məsələdir.

Bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaezi deyib.

İran ilə Azərbaycan arasındakı əlaqələrin gələcəkdə də yüksək templə inkişaf edəcəyini bildirən nazir deyib: “Ümid edirəm ölkələrimiz arasında münasibətlər elə inkişaf edəcək ki, bu, digər qonşu dövlətlərə nümunə olacaq”.

M. Vaezi qeyd edib ki, bu gün əlaqələrimiz ən yüksək səviyyədədir. Buna dövlətlərimizin başçılarının siyasi iradəsi səbəb olub. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri zamanı əlaqələrin gələcək inkişafı üçün mühüm qərarlar qəbul olunub. Yalnız bu il ərzində müxtəlif rəsmilər və nazirlər 47 qarşılıqlı səfər ediblər. İran Azərbaycanı dost və qardaş ölkə hesab edir. İki dövləti birləşdirən ümumi cəhətlər çoxdur. Xalqlarımızı ümumi mədəniyyət və tarix birləşdirir.

M.Vaezi Azərbaycan iqtisadiyyat və sənaye nazirinin bu yaxınlarda İrana etdiyi səfərə də toxunub. Qeyd edib ki, tərəflər arasında məhsuldar müzakirələr keçirilib.

Nazir, həmçinin İran ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına da diqqət çəkərək deyib ki, humanitar sahədə də əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur.