YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: İnsan hüquqlarının təminatı dövlətimizin siyasətinin əsasını təşkil edir

«Son vaxtlar bəzi beynəlxalq təşkilatların nümayəndələri yenə də Azərbaycanda isnsan hüquqlarını vəziyyəti ilə bağlı əsassız bəyanatlar verirlər. Onların səsləndirdikləri fikirlərinin obyektiv əsası yoxdur». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bir sıra beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli mövqedə olması bütün cəmiyyətimizə məlumdur. Onun sözlərinə görə, ölkəmizin bu təşkilatların hansısa “tövsiyələrinə” ehtiyacı yoxdur.

«Azərbaycanın yolu demokratiya yoludur, biz hüquqi-demokratik dövlət qururuq. Ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində də daim müvafiq tədbirlər görülür. İnsan hüquqlarının təminatı dövlətimizin siyasətinin əsasını təşkil edir. Dövlətimiz bu siyasəti kiminsə xoşuna gəlmək üçün etmir, Azərbaycanın tutduğu yoldur. Ona görə də, müəyyən qüvvələrin əlində alətə çevrilən təşkilatların ölkəmiz haqqında qərəzli mövqeyinin heç bir əsası yoxdur»- deyə, deputat vurğulayıb.