YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Namiq Əhmədov: Partiyamız qarşıdan gələn parlament seçkilərində inamlı qələbə qazanacaq

«Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament  seçkilərinə yüksək səviyyədə hazırlaşır». Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

N.Əhmədov bildirib ki, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, bu mənada noyabr ayında keçiriləcək parlament seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq.

«Bizim seçkilərlə hazırlıqla bağlı heç bir problemimiz yoxdur. Rəhbərlik etdiyim YAP Xəzər rayon təşkilatı da bu kampaniyaya hazırdır. Seçki üzrə böyük təcrübə qazanmış xeyli sayda mütəxəssislərimiz var ki, onlar seçki kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunur. Eləcə də, müşahidəçi funkisyanı yerinə yetirən fəallarımız xeyli saydadır. Bizim təşkilatın minlərlə üzvü var. Mütəmadi olaraq  ilk təşkilatlarla sıx işləyirik. Hesab edirəm ki, partiyamız bu seçkilərdə də böyük qələbə qazanacaq. İlk növbədə, Azərbaycanda  həyata keçirilən inkişaf siyasəti bu qələbənin təminatıdır»- deyə, N.Əhmədov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv