YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluğun növbəti təzahürü

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. İkitərəfli əlaqələrin inkişafı münasibətlərdə yeni istiqamətlərə yol açmaqla əməkdaşlığın coğrafiyasının genişləndirilməsini, beynəlxalq təşkilatlar çərçivəsində inkişafını şərtləndirir. Regional çərçivədə başlanan əlaqələrin illər keçdikcə beynəlxalq miqyas alması da bunun bariz nümunəsidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, son üç ildən artıq dövrdə Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda digər sahələr kimi, xarici siyasət sahəsində də yeniliklər diqqətdən kənarda qalmır. Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu gün Rusiya ilə əlaqələri müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri də bu baxımdan diqqətçəkəndir. 

“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki,  “Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə,  Vladimir Putinlə  bu məsələni bir daha ətraflı müzakirə etdik. Hökumət üzvlərinə müvafiq təlimatlar verilib: “Əminəm ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və biz daha bir möhtəşəm layihənin icrasına başlayacağıq.” O da qeyd edildi ki,  Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları  bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.

Hər iki ölkə münasibətlərin yüksələn xətlə inkişafı üçün səylərini birləşdirir, bütün sahələrdə mövcud imkanlardan maksimum istifadə etməyə çalışır. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər  həyatımızın  bütün sahələrini əhatə edir.   Prezident İlham Əliyev qeyd etmişdir ki,  keçirilən  görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcək. İki ölkə siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal  əməkdaşlıq edir. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Bir sözlə, münasibətlərimiz çoxşaxəlidir.

Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışında  qədim dostluq və mehriban qonşuluq  ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətlərinin dünəninə bir daha diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki,  BAM  Sovet İttifaqının bütün respublikalarını birləşdirib. Onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil: “Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, iki dəmir yolu stansiyasını inşa ediblər. Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.”

Əlaqələrin inkişafında əsas faktor olan sənədlərin imzalanmasına gəldikdə isə bugünədək 260 sənəd imzalanıb. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Təbii ki, bu tədbirlərdə hər iki ölkənin iqtisadi imkanları geniş təhlil edilir, iqtisadiyyatln ayrı-ayrı sahələrində mövcud imkanların təhlili əsasında əlaqələrin gələcək inkişafı ilə bağlı fikirlər səsləndirilir, yeni sənədlərin imzalanması üçün stimul yaranır. Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir. Ümummilli  Lider Heydər Əliyevin  dünya təcrübəsinə istnadən müəyyənləşdirdiyi iqtisadi strategiya, müəllifi olduğu neft strategiyasının uğurlu icrası ölkəmizə yeni dostlar qazandırır, mövcud əməkdaşlıqlara isə coğrafiyasını genişləndirmək üçün  yeni inkanlar yaradır. Azərbayan-Rusiya əlaqələrinin  sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı.

Dövlət başçısı İlham Əliyev sözügedən  çıxışında bildirdi ki, iki ildən artıqdır  müttəfiqlik  fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələləri müzakirə edildi: “Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.” Görüşlərdə diqqət göstərilən  məsələlərdən biri də regionda təhlükəsizliyin təmin edilməsi oldu. Atılan hər bir addım, müzakirə olunan məsələlər ətrafında ümumi mövqeyin ortaya qoyulması iki dost ölkəni daha da yaxınlaşdırır.  

DİGƏR Xəbərlər Arxiv