YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əlaqələrin səmərəli və dinamik inkişafına yeni baxış

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslanır. İki dövlətin başçıları İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 22-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmış növbəti addım oldu. Hər iki ölkədə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimad mandatını alan liderlərin iki ölkə arasındakı gələcək əlaqələrin inkişafına hədəflənmiş rəsmi səfər həm Rusiya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənildi.

1992-ci il aprelin 4-də qurulan diplomatik münasibətlərin uğurlu davamı kimi ölkə Prezidentimiz cənab İlham Əliyevin Moskva səfəri iki dost ölkənin əlaqələrinin daha da möhkəmlənməsindən xəbər verir. Baykal-Amur Magistral xəttinin tikintisinə başlanmasının 50 illik yubileyinə təsadüf edən görüşlər hərtərəfli əlaqələrin getdikcə daha da şaxələnməsinə, Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələr səmərəli və dinamik inkişafına yeni baxış oldu.

Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Rusiya münasibətləri Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Rusiya arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Bu gün yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətləri həm siyasi münasibətlərdə, həm də iqtisadi əlaqələrin göstəricilərində birmənalı şəkildə öz təsdiqini tapır. Azərbaycanın şanlı Zəfəri və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında Rusiyanın xüsusi rol olmuşdur. Daha sonra 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə isə dövlətlərarası münasibətləri yeni mərhələyə - müttəfiqlik səviyyəsinə qaldırıb. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayan ölkəmizin Prezidenti İlham Əliyevin səfər çərçivəsində Vladimir Putinlə apardığı müzakirələr Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini bir daha təsdiqləyir. İki ölkə liderlərinin təkbətək görüşü zamanı Prezident İlham Əliyev qeyd edib ki, gündəlik kifayət qədər genişdir. Orada nəqliyyat komponenti də var, bu gün onu da müzakirə edəcəyik. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq.

Moskvada Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş zamanı isə dövlət başçımız bir daha bəyan etdi ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. İki ölkə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm də siyasi, enerji, humanitar və digər sahələrdə fəal əməkdaşlıq aparır. "Şimal-Cənub" nəqliyyat dəhlizinə gəldikdə, liderlər bu məsələni bir daha ətraflı müzakirə ediblər və hökumət üzvlərinə müvafiq təlimatlar verilib. İlham Əliyev əmin olduğunu bildirdi ki, yaxın vaxtlarda bütün məsələlər razılaşdırılacaq və daha bir möhtəşəm layihənin icrasına başlanılacaq.

Qalib ölkənin Qalib Prezidenti İlham Əliyevin Moskva səfəri mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan Azərbaycan-Rusiya münasibətlərinin, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatmasına ən yaxşı nümunə kimi yaddaşlara yazıldı.