YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı ekspert Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi haqqında yazıb

Amerikada çıxan “IJ Review” jurnalında “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq baş redaktoru Maayan Caffenin məqaləsi dərc edilib. Məqalədə ABŞ Administrasiyasına ünvanlanmış bir çağırış – ABŞ-ın Qafqazdakı müttəfiqi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək vermək çağırışı əks olunur. Müəllif yazır ki, ABŞ rəhbərliyi, o cümlədən Ağ Ev və Konqres ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyir və son bir il ərzində Ukraynada davam edən münaqişə ilə əlaqədar rəsmi Kiyevi bu cür dəstəklədiklərini bildiriblər. Müəllif qeyd edir ki, 2012-ci ildə ABŞ-ın dəstəyi ilə BMT Abxaziyada və Cənubi Osetiyada separatçıları tanımaqdan imtina edərək Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Xanım Caffe vurğulayır ki, Konqres postsovet məkanında separatçı münaqişələr barəsində ardıcıl siyasət yürütməlidir.

Müəllif daha sonra qeyd edir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bu torpaqlarda etnik təmizləmə aparıb. Ekspert 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 1920-ci ildə Azərbaycanın “Qırmızı Ordu” tərəfindən işğal edilməsi barədə məlumat verərək qeyd edir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. M.Caffe yazır ki, Amerika həmişə Azərbaycanın dostu olub. Azərbaycan Avropa ilə ABŞ ilə tərəfdaşlığı davam etdirir, enerji resursları ilə təchizatın şaxələndirilməsi yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir.

Sonda M.Caffe yazır ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə həll edilməlidir.