YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Türkdilli dövlətlər arasında informasiya məkanı genişləndirilməlidir

«Bu gün türk dünyasının birliyinin güclənməsi yönündə ciddi addımlar atılır.  TÜRKPA, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  bu baxımdan vacib platformadır». Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva  deyib.

J.Əliyeva  bildirib ki, türk dünyası arasındakı əlaqələr siyasi, ideoloji, iqtisadi, mədəni baxımdan getdikcə güclənir. Onun sözlərinə görə, türk dövlətləri arasında  informasiya məkanının genişləndirilməsinə ehtiyac var”.

«Etiraf edək ki, bütün Türk dünyasını əhatə edən media formalaşmayıb. Ona görə də, türkdilli  ölkələr arasında informasiya məkanı genişləndirilməlidir. Üzv ölkələrin ortaq televiziya kanalının olması vacibdir. Beləliklə, hər bir türkdilli ölkənin xalqı digər türkdilli ölkədə baş verən hadisələrdən xəbərdar olacaq və onu təhlil etmək imkanı qazanacaq. Bu, eyni zamanda xalqlarımız arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsinə də zəmin yaradacaq. Bu baxımdan, Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası və iclasda qəbul olunan qərarlar böyük əhəmiyyət kəsb edir. Toplantıda ortaq xəbər kanalının yaradılması  haqda qərarın verilməsi də çox sevindiricidir. Bütün bunlar türk dövlətlərini bir birinə daha da yaxınlaşdırır»- deyə, J.Əlyieva  vurğulayıb.