YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vergi güzəştləri sahibkarlığın inkişafının stimullaşdırılmasına yönəlib

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin böyük əksəriyyəti sahibkarlığın inkişafının stimullaşdırılmasına yönəlib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, vergi güzəştləri özündə iki əsas istiqaməti əks etdirir. İlk növbədə vergi güzəştləri sosial məqsəd daşıyaraq, vergi ödəyicilərinin maddi vəziyyətinin yüksəldilməsinə xidmət edir.

Digər vergi güzəştləri isə stimullaşdırıcı xarakter olmaqla sahibkarlıq fəaliyyətində müəyyən sahələrin inkişafını sürətləndirmək üçün tətbiq olunur.

Vergi qanunvericiliyindəki dəyişikliklərdə xüsusi diqqət çəkən məsələlərdən biri fiziki şəxslərin gəlir vergisi ilə bağlıdır. Bu dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizədək endirilib, aylıq və illik gəlirlərin 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğləri müvafiq olaraq 2 min manatdan 2 min 500 manata və 24 min manatdan 30 min manata qaldırılıb.

Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilib. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.