YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yük avtomobillərinin istehsalını artırıb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 182 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 14,5 faiz üstələyir. Bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-iyul aylarının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 325 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 78,5 faiz azdır.

Cari ilin ilk yeddi ayında ölkədə 610 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 14 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.