YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “ITU Telecom World 2015”də təmsil olunacaq

Azərbaycan bu il oktyabrın 12-15-də Budapeştdə keçiriləcək “ITU Telecom World 2015” beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransında təmsil olunacaq. Ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə iştirak edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak edəcəklər.

“ITU Telecom World 2015” çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasov məruzə ilə çıxış edəcək. Müxtəlif ölkələri təmsil edən milli və regional nümayəndə heyətləri sərgi-konfransda startap, həllər və innovasiyalar nümayiş etdirəcək, təcrübə mübadiləsi aparacaqlar.