YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə ağacəkmə aksiyası keçirilib

Tərtər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər-Hindarx avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr, bələdiyyələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 1000 ədəd eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.