YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Goranboy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi və YAP Goranboy rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən, Yeni Azərbaycan Partiyasına həsr edilmiş videoçarx nümayiş olunub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə və YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 32  illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır”.

Daha sonra şəhid anası Nailə Məmmədova, partiya veteranı Əzra Həşimova, Mədəniyyət ərazi partiya təşkilatının sədri Gündüz Hacıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlardan danışıb, partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini bildiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv