YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq üçün geniş perspektivlər var

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Aprelin 4-də ilk dəfə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfər edib. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu sənəd bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.

İki ölkə arasında mühüm əməkdaşlıq istiqaməti olan siyasi əlaqələr bundan sonra da uğurla inkişaf edəcək. BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq. Ölkələrimiz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Qoşulmama Hərəkatına Azərbaycanın 4 illik sədrliyi dövründə Konqo hər zaman ölkəmizin işinə dəstək verərək hərəkatın institusional inkişafına töhvə vermişdir. Məhz Azərbaycanın rəhbərlik etdiyi dövrdə Qoşulmama hərəkatı güclü təşkilata çevirildi. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama hərəkatının 121 üzvü var. Təşkilatın nüfuzunun və təsir dairəsinin genişləndirilməsi ölkələrimizin ortaq marağlarından biridir.

Azərbaycanın Qoşulmama Hərəkətına sədrliyi dövründə fəaliyyətinin əsasının neokolonializmə qarşı mübarizə məsələləri təşkil edib və hal-hazırda da bu siyasət davam etdirilir. Məhz Azərbaycanın təşəbbüsü ilə Bakı Təşəbbüs Qrupunun yaradılması və qurumun dünya miqyasındakı nüfüuzu, artan fəallığı real nəticəyönümlü işlərlə göz önündədir. Bu beynəlxalq qurumun əsas vəzifəsi müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək və onları hüquq çərçivəsində azadlığa qovuşmalarını təmin etməkdir.

İqtisadi sahədə Azərbaycan Konqo ilə bağlı bir sıra investisiya layihələrində iştirak etmək niyətindədir və ən başlıca sahə kən təsərrüfatıdır. Bununla bərabər bərpəolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var.

Görüş çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”; “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” onu göstərir ki əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır və yaxın gələcəkdə qarşılıqlı təmasların daha da artacağı gözlənilir.