YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər tullantılardan hazırlanmış sənət nümunələri ilə tanış olublar

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gəncləri və könüllüləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıdan sənətə” muzeyinə ekskursiya ediblər.

Gənclər muzeydəki tullantılardan hazırlanmış sənət nümunələri ilə tanış olublar. Onlara əsərlər haqqında geniş məlumat verilib.

Qeyd edək ki, “Tullantıdan sənətə” muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb.

Ötən müddət ərzində Azərbaycan da daxil olmaqla dünyanın 44 ölkəsindən olan 180-ə qədər yaradıcı şəxslər ecazkar əsərlərini tamaşaçılara təqdim ediblər.

DİGƏR Xəbərlər Arxiv