YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Aprelin 1-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının "Neapol 145" ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə  növbəti görüş keçirilib.

Tədbirdə çıxış  edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs edib. Bildirib ki, partiyanın keçdiyi keşməkeşli, eyni zamanda, şərəfli  yola nəzər saldıqda YAP-ın ümumxalq partiyası kimi Azərbaycanın inkişafında, tərəqqisində, xalqın sosial rifah halının daha da yaxşılaşdırılmasında əhəmiyyətli rolunu  görürük. “Güclü dövlət, yüksək rifah!” partiyanın fəaliyyətinin əsas prinsipidir.  Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan  bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da  inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar  Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir. Tarixi Zəfərimizin reallıqları fonunda  2021-ci ildə  VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar partiyanın sonrakı inkişafında öz sözünü deyir. Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral prezident seçkilərində  Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin qələbəsi  partiyanın gələcəyə daha böyük inamla addımlamasında stimulverici amilə çevrildi. Cənab İlham Əliyev VII qurultayda belə bir əminliyi ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

YAP Xətai rayon təşkilatının sədri ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən  Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütlüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.   

Sonra təşkilatı məsələlərə baxılıb. Günel Bağırova YAP Xətai rayon təşkilatının "Neapol 145" ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Yeganə Sadıqova  isə sədr müavini seçiliblər.