YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin iclası keçirilib

Martın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.

İclasda YAP Gənclər Birliyinin 2023-cü il üzrə fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Birliyin 2023-cü ildə fəaliyyətin Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyə və tapşırıqlarına uyğun qurulduğunu deyib. Ötən il “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsinin və “Nə? Harada? Nə zaman?” intellektual oyununun keçirildiyini xatırladan Bəxtiyar İslamov keçirilən tədbirlərin əsas məqsədinin Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılması olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, 2023-cü il ərzində YAP Gənclər Birliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılması məqsədilə “YENİ Klub” formalaşıb. 12 ali təhsil müəssisəsində fəaliyyət göstərən klublar tərəfindən 44 layihə, seminar, təlim və digər tədbirlər həyata keçirilib.

İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşviqat kampaniyasında YAP Gənclər Birliyinin üzvlərinin də yaxından iştirak etdiyi bildirilib.

YAP-ın əməkdaşlıq etdiyi bir sıra xarici siyasi partiyaların gənclər qolları ilə qarşılıqlı təmasların davam etdirildiyini söyləyən Bəxtiyar İslamov ötən il Türkiyə, Çin, Vyetnam və Monqolustana baş tutan səfərlərdə YAP nümayəndə heyətinin tərkibində Gənclər Birliyinin nümayəndələrinin də təmsil olunduğunu diqqətə çatdırıb.

Sonda qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyətlərə dair müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.