YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır

«Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi tez-tez pozması münaqişənin sülh yolu ilə həllinə zərbə vurmaq məqsədi daşıyır». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistan faktiki olaraq danışıqlar masasında fikir söyləmək iqtidarında deyil. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmayana qədər regionda tam sabitlik bərpa olunmayacaq.

«Məsələnin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasındadır. Nə qədər ki bu olmayıb, cəbhə xəttində sakitlik olmayacaq. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır»- deyə, deputat qeyd edib.