YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cenevrədə Ukraynadakı vəziyyətə dair keçirilmiş konfransda gərginliyin mərhələli şəkildə aradan qaldırılması üçün razılaşma əldə edilmişdir

 

BMT-nin Cenevrə şəhərindəki bölməsində Ukraynadakı vəziyyətə dair beynəlxalq konfransda gərginliyin mərhələli şəkildə aradan qaldırılması üçün razılıq əldə edilmişdir. Konfransda ABŞ, Rusiya və Ukraynanın xarici işlər nazirləri və Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton iştirak etmişdir.

„Neue Züricher Zeitung“ qəzetinin Rusiyanın xarici işlər naziri Sergey Lavrova istinadən verdiyi məlumata əsasən, görüşdə gərginliyin azaldılması üçün qeyri-qanuni silahlı qruplaşmaların tərk-silah edilməsi, seperatçıların nəzarətində olan dövlət binalarının boşaldılması və güc tətbiqindən imtina edilməsi kimi tədbirlərin həyata keçirilməsi qəbul edilmişdir.

Qeyd edilmişdir ki, bu tədbirlər Ukrayna böhranının dinc yolla həll olunması üçün fəaliyyət planının tərkib hissəsi kimi nəzərdə tutulur. Konfrans iştirakçıları tərəfləri güc tətbiqindən çəkinməyə çağırmış və Ukraynadakı problemlərin ukraynalıların özü tərəfindən həll edilməli olduğunu bəyan etmişlər.
ABŞ-ın dövlət katibi Con Kerri danışıqların nəticəsi olaraq, nümayişçilərin əfv olunacağını və ATƏT-in Ukraynadakı missiyasının mandatının genişləndiriləcəyini bildirmişdir.

Cenevrə görüşü Ukraynanın şərqində gedən proseslərə dair hər üç dövlətin xarici işlər naziri və Avropa İttifaqının ali nümayəndəsinin birgə keçirdiyi ilk toplantı olmuşdur.

 

DİGƏR Xəbərlər Arxiv