YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm tarixi missiya

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində küçirilmiş qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənildi. Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edildi. Qəbul edilmiş qərara əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin Vətən müharibəsində tarixi Qələbəsi ilə nəticələnən və ölkəmizlə bağlı dünyada yaranmış reallıqlar dövrünə təsadüf etdi. Həmin qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə öndə olan hakim partiya yeni dövrə daha fəal, yenilənmiş formada qədəm qoyur.

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində mühüm tarixi missiya daşıyıb. Partiyanın inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş verib. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası qısa müddətdə Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizdə hər dəfə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasını dəstəkləyən, onun alternativsiz siyasi təşkilat olduğunu göstərən seçicilər əslində, bununla ulu öndər Heydər Əliyevin yaratdığı partiyaya sədaqətlərini, Yeni Azərbaycan Partiyasınıın Sədri, Prezident İlham Əliyevə olan sonsuz inamlarını ifadə edirlər.  Ölkəmizin uğurlu xarici siyasəti, hər ötən il Azərbaycana artan maraq Azərbaycanın dünya birliyində artıq aparıcı qüvvəyə çevrildiyini, dünya güclərinin bizimlə bir çox məsələlərdə hesablaşmalı olduqlarını təsdiqləyir.

Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub.

DİGƏR Xəbərlər Arxiv