YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Pakistanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Şahbaz Şərifi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubunda qeyd edib: “Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq edirlər”.

Prezident İlham Əliyev Pakistanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarlğını bildirib.

“Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik”, - deyə bildirən dövlətimizin başçısı siyasi dialoqu davam etdirmək, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Şahbaz Şərifi Azərbaycana səfərə dəvət edib.