YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Baxmayaraq ki, Azərbaycan ərazilərinin  20 faizi 30 il Ermənistanın işğalı altında olub. Ermənilər həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Belə ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşmiş və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətmişlər. Yüzlərlə şəhər və kəndimiz işğal edilmiş və dağıdılmışdır.

Ölkə başçısı bildirdi ki, otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə Azərbaycana təzyiqlər göstərməyə başladı. Bu üç ölkənin hər biri bizi Azərbaycanı yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər.

Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Azərbaycanı hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev vurğuladı ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bütün bunlar “ikili standartlar” və anti-Azərbayan siyasətinin təzahürüdür. Azərbaycana qarşı hər zaman “ikili standartlar” siyasəti olub. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu müddətdə heç bir təzyiq və təsirlərlə üzləşmədi.

DİGƏR Xəbərlər Arxiv