YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı bir məkandır

«Son illərdə dünyanın ayrı-ayrı yerlərində radikal, ekstremist dini qrupların müəyyən siyasi dairələr tərəfindən gizli və açıq formalarda dəstəklənməsinin, həmin qüvvələrdən sosial sabitliyin pozulmasında, hökumətlərə təzyiqlərin göstərilməsində, islamofobiyanın yayılmasında istifadə edilməsinin şahidi oluruq. Digər tərəfdən, Avropada multikulturazlimin böhranı, islamofob və ksenofob meyillərin güclənməsi də tolerantlığa zərbə vuraraq mədəniyyətlərarası qarşıdurmanı gücləndirir». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, bütün bunların fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq. Onun fikrincə, bunun əsas səbəblərindən biri odur ki, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır.

«Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyəti formalaşıb. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir»- deyə, K.Əliyeva qeyd edib.