YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziyanın Kralı: Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm.

Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm.”