YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib Xalq Qalib Liderini seçdi: Yeni dövrün reallıqları və perspektivləri”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Qalib Xalq Qalib Liderini seçdi: Yeni dövrün reallıqları və perspektivləri” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qalib Xalq Qalib Liderini seçdi” adlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 7 fevral 2024-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərində 4.5 milyondan çox seçici Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi yenidən Prezident seçməklə onun son 20 il ərzində dövlətimizin güclənməsi, xalqımızın rifah halının yüksəldilməsi, ərazi bütövlüyümüzün bərpası kimi tarixi işlərinə verdiyi dəyəri nümayiş etdirib və vəfa borcunu ifadə edib.

Vurğulanıb ki, əsrə bərabər 20 ilin möhtəşəm uğurları, otuzillik işğala və ədalətsizliyə son qoyan Qələbə strategiyası, Böyük Qayıdış yolunda uğurlu addımlar, Azərbaycana siyasi-iqtisadi dividendlər qazandıran transmilli layihələr, misilsiz iqtisadi-sosial inkişaf, ölkəmizə böyük nüfuz və dəstək qazandıran müstəqil xarici siyasət məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, Prezident seçkiləri və cənab İlham Əliyevin andiçmə mərasimi bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Bu dövr xalqımız və dövlətimiz üçün çox mühüm yeniliklər və uğurlar gətirəcək.

Sonda bir qrup partiya fəalına təşəkkürnamə təqdim olunub.