YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin inkişaf tarixində yeni mərhələ

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi ölkəmizin müstəqillik tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşımıza həkk oldu. Hər bir Azərbaycan vətəndaşının böyük fəxr və qürur hissi ilə izlədiyi andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycanın artıq bütöv olduğuna, ərazilərimizin tam şəkildə işğaldan azad edildiyinə istinad edərək ölkəmizin inkişaf tarixində yeni mərhələnin başlandığını qeyd etdi.

Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev milli birlik və gənc nəslin vətənpərvər ruhda tərbiyyəsinin bundan sonra da dövlətimizin gələcək uğurlarının əldə olunmasında xüsusi əhəmiyyətə malik olacağını vurğuladı.

Vətən müharibəsində xalqımızın milli birliyi bizi qazanılan Böyük Qələbəyə aparan güc idi. Bu gün milli birliyimizin hədəfi ölkəmizin inkişafı, onun güclənməsi olmalıdır. Milli birlik hər dövlətdə olmur və həmin dövlətlər müasir dövrün müasir çağırışları qarşısında tab gətirə bilmir. Çünki, onların cəmiyyətlərində olan fikir ayrılıqları, milli maraqlar uğrunda vahid mövqenin yoxluğu qeyd olunan ölkələri uçuruma aparan başlıca səbəblərdəndir. Milli birliyi formalaşdırmaq isə təkcə ölkənin iqtisadi potensialı ilə deyil, onun vətəndaşlarının uzaqgörənliyi, liderlərinin müdrikliyi ilə mümkün olur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi altında möhkəmlənən milli birliyimiz heç şübhəsiz gələcək uğurlarımızın əldə olunmasında xüsusi rol oynayacaq.

Milli-mənəvi dəyərlərə bağlı gənc nəslin yetişməsi hər zaman Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Son 20 ildə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin mahiyyəti məhz ölkə gənclərinin vətənpərvər ruhda yetişməsi olub. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində qeyd edir: “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.” İdeoloji təsirlərin fərqli formatlarda cəmiyyətlərə yönəldiyi dövrdə Azərbaycan gənclərini bu təsirlərdən qoruyan və sığortalayan başlıca amil məhz milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanmasıdır.