YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının iclası keçirilib

Fevralın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.

İclası giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə əvvəlcə fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərinin önəmindən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Prezident seçkilərinin ilk dəfə müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsinin tarixi hadisə olduğunu vurğulayan A.Rəhimzadənin sözlərinə görə, bütün dünya bir daha ölkəmizdə xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, prezident seçkilərindən sonra  artıq müstəqil dövlətimizin həyatında yeni mərhələ başlayıb: “Cənab İlham Əliyev andiçmə mərasimində qarşıda dayanan yeni vəzifələri və hədəfləri açıqladı. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin liderliyi ilə yeni dövrdə də hədəflərimizə çatacağıq”.

Daha sonra iclasın gündəliyi barədə məlumat verilib. Bildirilib ki, gündəliyə YAP Veteranlar Şurasının 2023-cü ildə fəaliyyətinin yekunları və 2024-cü il üçün Tədbirlər Planının müzakirəsi daxildir.

A.Rəhimzadə qeyd edib ki, ötən il YAP Veteranlar Şurası məhsuldar fəaliyyət göstərib. Tədbirlər Planında  nəzərdə tutulmuş bütün məsələlər icra olunub, Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər. A.Rəhimzadə xüsusilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin önəmini vurğulayaraq gənclərlə görüşlərin əhəmiyyətinə diqqət çəkib.

2024-cü ilin Tədbirlər Planına gəlincə, YAP Veteranlar Şurasının sədri il ərzində müxtəlif toplantıların keçirilməsinin nəzərdə tutulduğunu, ideoloji məsələlərin, gənclərlə işin, xüsusilə də Heydər Əliyev ideyalarının təşviqi və Prezident İlham Əliyevin siyasətinin təbliğinin daim diqqət mərkəzində olacağını vurğulayıb.

İclasda YAP Veteranlar Şurasının üzvləri çıxış ediblər. Çıxışlarda yeni dönəmdə dövlətimizin və xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanacağına əminlik ifadə olunub. Natiqlər YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunlarını qənaətbəxş qiymətləndirməklə yanaşı, 2024-cü ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.