YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir. Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz.

Mənim Sizə və Sizin ölkənizə xüsusi münasibətimin olduğunu bilirsiniz. Dostluğumuzu və qarşılıqlı etimadımızı yüksək dəyərləndirirəm.

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, hər zaman ruh yüksəkliyi və qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə Siz atanız Heydər Əliyevin arzusunu yerinə yetirdiniz, eyni zamanda, xalqın qəhrəmanına çevrildiniz.”