YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın Xilaskarı – Zəfər seçimimizin Qalibidir!

Rəna Mirzəzadə

AMEA şöbə müdiri, professor

Böyük Azərbaycan xalqı 2024-cü il 7 fevral tarixli Zəfər seçkilərində cənab İlham Əliyevin tarixi Qələbəsini böyük sevinc və qürur hissi ilə qeyd edir. Suveren Azərbaycan dövlətinin məğrur, qalib xalqı cənab İlham Əliyevi Azərbaycan Prezidenti seçməklə bu günümüzə, xoşbəxt sabahımıza, işıqlı gələcəyimizə səs verdi.

1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa edən Azərbaycanı xaos və parçalanmadan xilas edən Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük inkişaf mərhələsinə çıxardı. Dahi Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dialoq və əməkdaşlıq məkanına, Ermənistanın isə təcrid vəziyyətinə düşərək autsayderə - dalan ölkəyə çevrilməsini şərtləndirdi. Azərbaycan öz milli gücü, hərbi-siyasi resursları ilə torpaqlarını işğaldan azad etdi, tarixi ədaləti bərpa etməyə müvəffəq oldu.

Beləliklə, Odlar Yurdunun bərabərhüquqlu vətəndaşları modern, praqmatik, intellektual zəkalı diplomat olan cənab İlham Əliyevə böyük etimad göstərməklə bundan sonra fəth ediləcək daha uca zirvələrə, böyük hədəflərə doğru yol seçdi. Millətimiz Qələbələrdən Qələbəyə gedən yolun davamı olaraq Zəfər seçkilərində xalq-iqtidar birliyinin mütəşəkkiliyini, vahidliyini təsdiqlədi. Xeyirli olsun!

Həmçinin Azərbaycan xalqı doğru seçim etməklə yeni dövrün milli ideyalı platformasına, çoxvektorlu gələcək tərəqqisinə, ölkənin siyasi-iqtisadi yüksəlişinə, sosial-mədəni inkişafına, eləcə də doğma Qarabağın dirçəlişinə səs verdi. Mübarək olsun!

Qalib xalq uğurlu geosiyasi fəaliyyət qruan, strateji milli təhlükəsizliyin qarantına çevrilən, ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ətrafında həmişə olduğu kimi, bundan sonra da sıx birləşəcək, Zəfərlərdən Zəfərlərə doğru əmin addımlarla irəliləyəcək.

Heç kimin şübhəsi yoxdur ki, xalqın böyük etimadı əvvəllər olduğu kimi, bundan sonra da möhtəşəm uğurlarla nəticələnəcək. Bu gün Azərbaycanda uzunmüddətli Strateji Yol Xəritəsinə söykənən dayanıqlı və davamlı inkişaf müşahidə olunur.

Fikrimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın söylədiyi kəlamla bitirirəm: “Tanrı Azərbaycanı qorusun”!

Və Uca Yaradan Sizləri qorusun!

Qalib Lider İlham Əliyev vahid seçimimiz, səsimizdir!