YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamboca parlamentinin üzvü: Seçki prosesinə heç bir müdaxilə halı ilə qarşılaşmadıq

Seçkilər azad, şəffaf şəkildə keçirilib. Seçki prosesinə heç bir müdaxilə halı ilə qarşılaşmadıq.

Bu sözləri növbədənkənar prezident seçkiləri ilə bağlı monitorinqin nəticələrini açıqlayan Kamboca parlamentinin nümayəndə heyətinin üzvü, deputat Mosine Sos deyib.

O bildirib ki, seçkilərin təşkilində müasir texnologiyalardan geniş şəkildə istifadə edilməsi təqdirəlayiqdir.

“Seçkilər beynəlxalq standartlara uyğun təşkil edilib. Bütün namizədlərə bərabər şərait yaradılıb. Baş çəkdiyimiz məntəqələrdə seçki və seçicilər üçün bütün lazımi şərait yaradılmışdı. Eyni zamanda, şəffaf proses təmin edilmişdi və bu prosesi tam izləyə bildik. Səslərin sayılması beynəlxalq standartlara uyğun keçirildi. Bütövlükdə səsvermə prosesinin sakit şəraitdə keçdiyini müşahidə etdik. seçkilərlə bağlı Azərbaycan hökumətini və xalqını təbrik edirik”, - deyə Mosine Sos bildirib.