YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha firavan və xoşbəxt gələcəyə doğru inamla addımlayaq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Yevlax rayon Yuxarı Salamabad kəndində, Yevlax şəhər Nizami prospektində və Q.Quliyev küçəsində yaşayan seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Gülüstan Əliyeva və Əminə Əhmədova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan 20 il ərzində böyük inkişaf yolu keçib. Bu dövrdə müdrik fəaliyyəti ilə hər bir azərbaycanlının Zəfər və tərəqqi rəmzinə çevrilən cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabr tarixində Prezident seçilməsi ilə başlanan Qələbə yolu tarixin ən qüdrətli, xoşbəxt və qürurlu Azərbaycanını ərsəyə gətirib. Bu gün xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə daha firavan və daha xoşbəxt gələcəyə doğru inamla addımlayır.

Natiqlər seçiciləri Zəfər seçkilərində fəal olmağa və müdrik şəxsiyyət, böyük Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər məhz güclü Lider, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklərini vurğulayıblar.