YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskar Liderə səs verəcəyik

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Şuşadan olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, partiyanın İdarə Heyətinin üzvü Fuad İbrahimov, təşviqat qrupunun üzvləri Ağalar Əliyev və Anar Əlizadə, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova, şəhid leytenant Nurlan Həsənovun atası Nadir Həsənov, Qarabağ müharibəsi veteranı Elxan Ələkbərli, qazi Tural İsayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. Xalqımız 2024-cü il fevralın 7-də prezident seçkilərində yenidən qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq.

Seçicilər  bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir. Çıxışlarda “Əziz Şuşanın xilaskarına səs verəcəyik!”, - deyə əminlik ifadə olunub.

Görüş Yeni Azərbaycan Partiyasının  Himninin səsləndirilməsi ilə başa çatıb.