YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqa qəlbən bağlı olan Lideri dəstəkləyirik”

Şəki şəhərində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Şəki şəhərində ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şəki  rayon təşkilatının sədri Daşqın Mikayılov, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, təşviqat qrupunun üzvü Şahin Şirinzadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 7 fevralda keçiriləcək seçkilər indiyə kimi keçirilən bütün seçkilərdən fərqlənir. Çünki ilk dəfə seçki Azərbaycanın bütün rayon və şəhərlərində keçiriləcək: “Məhz buna görə də bu seçkilər Zəfər seçkiləri də adlandırılır. Bu seçkilərində ilk dəfə səs vermək hüququna malik olan gənclər çox şanslıdırlar. Çünki onlar ilk dəfə səs vermək hüquqlarından suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda istifadə edəcəklər. Bu xoşbəxtliyi və qüruru onlara bəxş edən xalqına və dövlətinə qəlbən bağlı olan Lider İlham Əliyevdir. Qalib Liderin yürütdüyü düşünülmüş və uzaqgörən siyasətin sayəsində bundan sonra bütün ilk dəfə səs verəcək gənclərimiz suveren, müstəqil Azərbaycanın qürurlu gəncləri kimi səs verəcəklər”.   

Natiqlər seçiciləri Zəfər seçkisində fəal iştirak etməyə və Azərbaycanın parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.