YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanına səs verək!

Şamaxı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Şamaxı rayonunun Sabir qəsəbəsi və Mərzəndiyyə kənd seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, sədr müavini Altay Məmmədov, Şamaxı rayonu üzrə seçki qərargahı üzvləri Ağarza Bayramov, Güllü Babaşova, təşviqat qrupunun üzvləri Hacıbaba Şıxıyev, Əli Mahmudov, Gülnurə Babaşova və şəhid anası Zərifə Cavadova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Tarixi Zəfərlər qalib Liderin əsrlərə bərabər 20 illik prezidentlik dövrünün zirvəsidir.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib Lider İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.