YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəfləri reallaşdırmaq üçün...

Sabirabad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Sabirabad rayonu Minbaşı, Qarağac, Yaxadəllək və Beşdəli kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Qurbanov, Nicat Əliyev, Telman Mirzəyev, Ərzuman Babaşov və Faiq Hüseynov çıxış ediblər.

Çıxış edənlər qeyd ediblər ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və bütün ölkə ərazisində suverenliyini tam bərpa edən Azərbaycan tarixi Zəfərlərlə regionda yeni reallıqlar yaradıb.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi cənab İlham Əliyevin siyasi kursuna alternativin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Sabirabad şəhəri N.Nərimanov küçəsinin seçiciləri ilə fərdi görüşlər keçirilib.